Azərbaycanlı Kanada parlamentinə namizəddir - FOTO

SİYASƏT 21 okt 2019, 11:25

Bu gün Kanada parlamentinə keçirilən seçkilərdə azərbaycanlı Vasif Əliyev deputatlığa namizədliyini irəli sürüb. 

 

Demokrat.az-ın Oxu.Az-a istinadən məlumatına görə, o, 1988-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.

 

Yeddi yaşı olarkən ailəsi ilə birlikdə Montreal şəhərinə köçüb.

 

V.Əliyev 13 il Kanada ordusunda zabit olaraq xidmət edib. Ali təhsilini Concordia Universitetində Siyasi elmlər üzrə aldıqdan sonra, siyasi fəaliyyətə başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top