Məhkəmə 8 yaşlı oğlanın ölümündə təqsirləndirilən həkimlə bağlı QƏRAR VERDİ

KRİMİNAL 21 okt 2019, 11:17

Bakıda səhlənkarlıqda təqsirləndirilən həkim Natavan Yaqubovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

 

Demokrat.az xəbər verir ki, Bakı Apellasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, N.Yaqubovanın apellyasiya şikayəti təmin edilməyib. 

 

İttiham aktına əsasən, ötən il Xətai rayonu ərazisindəki Xətai Estetik Klinikasında 8 yaşlı Tunar İsayev burun-boğaz əti əməliyyatı edilərkən həkim-cərrah N.Yaqubovanın  səhlənkarlığı nəticəsində ölüb. 

 

Belə ki, azyaşlı oğlanın boğazının şah damarı kəsilib və o, əməliyyat masasında keçinib.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda həkim həkim-cərrah N.Yaqubova barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət iş açılıb.

 

Qadın cərrah barəsində cinayət işində ölən uşağın atası Rafiq İsayev zərərçəkmiş şəxs qismində tanınıb.

 

Xətai Rayon Məhkəməsinin hökmü ilə o, 3 il həkimlik fəaliyyati ilə məşğul olmaq hüququndan məhrum etməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. N.Yaqubova cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. Hökmdən narazı qalan həkim apellyasiya şikayəti verərək, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyir. 

 

Xətai Estetik Klinikasında faciəli şəkildə ölən Tunarın ailəsinin uzun müddət övladı olmayıb və o, 18 illik həsrətdən sonra dünyaya gəlibmiş.

 

Cərrah N.Yaqubova Xətai Estetik Klinikasının tanınmış həkimi kimi tez-tez telekanallarda reklam edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top