Rusiyalı ekspet: “Türkiyə real döyüşlərdə Yaxın Şərqin istənilən ordusunu boğar”

DÜNYA 21 okt 2019, 09:57

Türkiyə ilə heç də səmimi olmayanlar da qardaş ölkənin hərbi gücünü etiraf edir. “Türkiyə Yaxın Şərq bölgəsində əsas oyunçulardan biri olaraq qalır və hadisələrin bütün iştirakçı dövlətlərini bu dövlətin rəyi ilə hesablaşmağa məcbur edir”. 

 

Bunu "Komsomolskaya Pravda" qəzetinin hərbi icmalçısı, istefada olan polkovnik Viktor Baranets Ankaranın mövqeyini şərh edərkən bildirib və qeyd edib ki, əgər Suriya ordusu kürd dəstələrini müdafiə edərsə, bu, müharibə elan edilməsi hesab olunacaq.

 

“Unutmaq olmaz ki, Türkiyə bölgədə ən güclü orduya malikdir. Real döyüş hərəkətləri olarsa, bu ordu Yaxın Şərqin istənilən ordusunu boğar. Ərdoğan indi öz hərəkətləri ilə 9 Oktyabrdan əvvəl mövcud olan bütün Yaxın Şərq siyasətini yenidən inkişaf etdirir və əslində yeni Yaxın Şərqi formalaşdırır "- hərbi ekspert deyib.

 

Baranetsin sözlərinə görə, Ankaranın Türkiyədə qadağan edilən Kürdüstan İşçi Partiyasına-PKK-ya qarşı Suriyada apardığı "Barış pınarı" əməliyyatı Yaxın Şərq oyunçularını yeni mövqe tutmağa məcbur edir.
“ Türkiyə Prezidenti Rəcəb Ərdoğan Suriyaya hərbi əməliyyatla daxil oldu və dərhal bölgə ölkələri yeni mövqe tutmağa başladılar, kimsə tamamilə bu işə qarşıdır, kimsə artıq Türkiyəni NATO-dan qovmaqla hədələyir. Buna baxmayaraq, bu gün daha ciddi, geosiyasi məsələlərdən danışa bilərik. NATO-nun sıraları çat verir və Yaxın Şərqdəki əsas oyunçulardan birinin düşməyə başladığını görürük ”, - deyə Baranets yekunlaşdırıb.
 P.S. Bu rəylər nə qədər xoş görünsə də, Türkiyənin NATO-dan çıxmasını arzulayan Rusiyanın bu cür mövqeyi yalnız Türkiyənin zərərinədir və qardaş ölkə bu cür qızışdırıcı rəylərin fərqində olmalıdır və yəqin ki də olur. (Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top