İşğal altındakı Xaçınçay su anbarında balıqlar kütləvi şəkildə ölməyə başladı... - FOTO

SOSİAL 21 okt 2019, 09:32

Qərbin başbilənlərinə kürü rüşvəti daşımaq əvəzinə, belə məlumatları xarici dillərdə kütləvi yaymaq gərəkdir...

 

Azərbaycanın Ağdam rayonunun işğal altındakı ərazisində yerləşən Xaçınçay su anbarındakı balıqlar kütləvi şəkildə qırılmağa başlayıb.

 

İşğalçı ölkənin öz saytlarından birinin yaydığı məlumata görə, bu haqda video-görüntüləri  Ağdam rayonu  kəndlərindən  birində müəllim işləyən Vladimir Doluxyan paylaşıb. Hazırda guya qondarma separatçı-terrorçu rejimin əlaqədar qanunsuz qurumları su hövzəsindəki canlıların kütləvi ölümünün səbəblərini araşdırır...


 
Xatırladaq ki,  Ağdam rayonunun işğal altındakı ərazisində - Xaçınçay üzərində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilmiş və suvarma məqsədilə yaradılmışdır. Lakin Ağdam rayonunun erməni qəsbkarları tərəfindən işğalı (23 iyul 1993-cü il) nəticəsində su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur.

 

Bəndin hündürlüyü 44 m,  uzunluğu 940 m və su anbarının ümumi həcmi 23 mln.m³-dur. Suvarma sahəsi 1700 hektardır. 

 

Xaçınçay su anbarıda suyun orta çoxillik temperaturu yanvar ayında 3,8° S, avqust ayında 23,1° S olur.  Ən yüksək temperatur 13 iyun 1964-cü ildə 30,5° S olmuşdur. 

 

P.S. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi  işğal altındakı torpaqlarımıza nəzarət etmək iqtidarında deyil...

 

P.S. Avropanın, Amerikanın başbilənlərinə kürü rüşvəti daşımaq əvəzinə, belə məlumatları xarici dillərdə kütləvi yaymaq lazımdır... (Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top