İş adamı Fərhad Əhmədovun aktivləri dondurulur

HADİSƏ 20 okt 2019, 23:10

Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovun İngiltərədəki aktivlərinin bir hissəsi dondurula bilər.

 

Buna səbəb kimi milyarderin Böyük Britaniya vətəndaşı olduğu keçmiş həyat yoldaşı Tatyana Əhmədova üçün məhkəmə tərəfindən təyin edilən məbləği ödəməkdən imtina etməsi göstərilir.

 

Belə ki, 2016-cı ildə Böyük Britaniya məhkəməsinin qərarı ilə iş adamı keçmiş həyat yoldaşına sərvətinin 41,5 faizini - təxminən 450 milyon funt sterlinq verməli idi.

 

Lakin milyarderin keçmiş həyat yoldaşının hesabına yalnız 5 milyon funt sterlinq köçürülüb.(Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top