"Polislərimiz yerə yıxılmış adama su verirdilər" – Azər Həsrət (VİDEO)

GÜNDƏM 20 okt 2019, 20:06

Dünən paytaxtın mərkəzində keçirilməsinə cəhd edilən qanunsuz aksiyanın qarşısı alındı. Bu hadisədən isə ən çox sadə vətəndaşlar əziyyət çəkərək mənzil başına çatmaqda problem yaşayıblar.

 

Ekspertlərin fikrincə, Azərbaycan cəmiyyəti sabitliyin dəyərini bilir və onu pozmağa cəhd edən qüvvələrə heç vaxt meydan verməyəcək. Bundan əlavə Azərbaycan torpaqlarının işğalı ilə bağlı tutarlı mövqe ortaya qoymayan qərb dairələri və onlara qulluq edən media qurumlarının dərhal müxalifət aksiyalarına reaksiya verməsi də düşündürücüdür.

 

Edilən xəbərdarlıqlara baxmayaraq və icazəli mitinq üçün yer ayrılsa da radikal müxalifət şəhərin mərkəzində şou yaradaraq ictimai sabitliyi pozmağa cəhd etdi...

 

Nəticə isə bundan ibarət oldu ki, vəziyyəti tənzimləmək üçün 14 marşrut xəttinin istiqaməti müvəqqəti dəyişdirildi və metronun 28 may stansiyasının fəaliyyəti dayandırıldı. Bu isə minlərlə insanın rahatlığının pozulmasına və mənzil başına gedib çatmasında problemlərin yaranmasına səbəb oldu.

 

Bu məqamda diqqət çəkən məqamlardan biri də o oldu ki, mitinqi keçirən qüvvələr müxtəlif saytlarda və sosial şəbəkələrdə polis zorakılığını xüsusilə şişirdərək ictimai sabitliyi təmin edən hüquq-mühafizə orqanı əməkdaşlarını hədəf kimi seçdilər. Ekspert Azər Həsrət bildirir ki, polis qüvvələri maksimum səviyyədə təmkinli davranış nümayiş etdiriblər.

 

Azər Həsrət bildirir ki, bəziləri çəkiliş zamanı meydanda zirehli texnikaların olduğunu yalandan iddia edərək vəziyyəti gərginləşdirməyə çalışıblar.

 

Ekspertin sözlərinə görə 28 may metrosunun yaxınlığında toplaşan bir qrup insanın ictimai asayişi pozmağa etdiyi cəhdlər bir daha onu göstərdi ki, özünə müxalifət deyən qüvvələrin sayı 100-200 nəfəri keçmir. Bu isə o deməkdir ki, insanlar sabitliyin, hazırki iqtidarın tərəfindədirlər.

 

Onu da qeyd edək ki, aksiyaların Soçidəki Valday diskusiya klubunun iclası və Aşqabaddakı MDB liderlərinin sammitində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun güclənməsi, eləcə də Bakıda keçirilən türkdilli dövlətlərin zirvə toplantısından dərhal sonra baş verməsi təsadüfi deyil.Bir sözlə xaricdəki ermənipərəst qüvvələrin yenidən fəallaşdığı müşahidə edilir.

 

Bundan əlavə Azərbaycan torpaqlarının işğalı ilə bağlı tutarlı mövqe ortaya qoymayan qərb dairələri və onlara qulluq edən media qurumlarının dərhal müxalifət aksiyalarına reaksiya verməsi də düşündürücüdür. Bu isə ölkədə özünü müxalifət adlandıran 5-ci kalonun bu dairələrlə əlaqələrinin mövcud ola biləcəyini göstərir.

 

Bundan əlavə aksiyayla bağlı uzun müddət təşviqat aparılması, eləcə də bütün hamı meydanlarda olacaq şüarları ilə aksiyanın əslində şouya çevirmək cəhdləri heç bir nəticə vermədi. Çünki, Azərbaycan xalqı reallığı qiymətləndirməyi bacarır və ölkənin hansısa bilinməz istiqamətə aparacaq qüvvələrə meydan vermək fikrində deyil.

 

xezerxeber.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top