“Əli Kərimovun kriminal bandası mənə qarşı vəhşilik törədib” — Avropada yaşayan müxalifətçidən SENSASİYALI AÇIQLAMALAR (FOTOLAR)

GÜNDƏM 20 okt 2019, 15:31

“Əli Kərimov, sənə tək kəlmə ilə onu deyə bilərəm ki, bundan da pis günə qalacaqsan. 2013-cü il avqust ayının 2-ni heç zaman unutmayacam. Sənin Moskvadakı criminal bandan mənə qarşı eyni vəhşiliyi törətmişdi. Həmin vaxt mən Avropaya qayıdıb “Skayp” üzərindən səninlə danışarkən çaynik zərbələri ilə başımdakı tikişləri və bədənimdəki dəmir-metal əşyalarla vurulan yaraları sənə göstərərkən, bunu sənin Rusiyadakı cinayətkar bandan tərəfindən edildiyini deyəndə “skayp”ı üzümə qapatdın. Allah heç bir zaman sənə iqtidar qismət etməsin. Həm bu dünyada, həm də o dünyada iki əlimlə hər zaman yaxanda olacam”.

 

Demokrat.az xəbər verir ki, AXCP sədri Əli Kərimli haqqında bu sensasion fikirləri hazırda İsveçrənin Bazel şəhərində yaşayan siyasi fəal, “Avropa Azərbaycanlıları Milli Birlik Şurası” təşkilatın sədri Qabil Rza bildirib.

 

Daha sonra Qabil Rza qeyd edir:

 

“Kərimov Əli! Sənin üzərinə dövlətin polisi töküldü. Axı mən səninlə eyni cəbhədə vuruşurdum, sənin Moskvadakı kriminal dəstən bunu mənə qarşı nədən etdi?
Bax, ilahi ədalət bu olsa gərək…”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top