Canlı efirdə tarixçi ilə deputat arasında mübahisə düşdü - VİDEO

SOSİAL 20 okt 2019, 14:25

Gərginlik deputat Fazil Mustafa ilə tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli arasında olub.


 
Hadisə Lider Tv-nin efirində baş verib. Belə ki, D. Əzimli Babəkin qəhrəman olub-olmaması barədə müzakirə zamanı onun Azərbaycanın tarixi şəxsiyyəti və cəsur türk sərkərdəsi olduğunu dilə gətirib.

 

O, türklərin bölgədəki mövcud olma tarixi barədə nümunələr çəkib, Ziya Bünyadovun da bu sırada adını vurğulayıb. Lakin F. Mustafa bu mənbələrin "gop” olduğunu deyib.

 

D. Əzimli isə onun bu ifadəni işlətməsinin "ayıb” olduğunu dilə gətirib.

 

Fazil Mustafa Babəkin türk olmadığını iddia edib.

 

D. Əzimli deputata onun tarixdən xəbərsiz olduğunu deyib. (Azxeber.com)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top