Bakıda Qarabağla bağlı mitinq keçiriləcək - İcazə verildi

SOSİAL 20 okt 2019, 09:14

Bir neçə ay əvvəl yaradılan Qarabağ Komitəsinə mitinq keçirmək üçün icazə verilib.

 

Bu barədə komitənin təsisçilərindən olan, tanınmış jurnalist Əvəz Zeynallı məlumat verib.

 

O bildirib ki, Qarabağ Komitəsi Qarabağla bağlı mitinq keçirmək üçün bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu gün hökumətdən onların müraciətinə müsbət cavab verilib.

 

Mitinq sentyabrın 29-da, saat 15:00-da Məhsul stadionunda baş tutacaq.( Mia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top