Havanı çirkləndirən metaləritmə sexi cəzalandı

SOSİAL 19 okt 2019, 16:11

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında fəaliyyət göstərən “Az Lead” MMC-yə məxsus metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət əsasında araşdırma və monitorinq keçirilib.

 

Bu barədə  4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev məlumat verilib. 

 

Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazinin atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və etil-benzolun qatılığının normadan 1,6 dəfə artıq olduğu müəyyən edilib.

 

Faktla bağlı MMC-nin direktoru Elman Abdullayev barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.

 

Gələcəkdə belə halların baş verməməsi üçün MMC-nin direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top