Erməni kilsəsindən Türk əsgərinə atəş açıldı — FOTOLAR

HADİSƏ 19 okt 2019, 14:39

"Barış Pnarı" əməliyyatı ilə  terrorçulardan təmizlənən Tel Abyadda, ermənilərə aid kilsənin PKK/YPG tərəfindən qərargaha çevrildiyi  ortaya çıxıb. 


Demokrat.az xəbər verir ki, kilsədə keşişin  moizə vermək üçün istifadə etdiyi hissəyə terrorçubaşı Abdullah Öcalanın şəkillərinin asıldığı məlum olub.


Anadolu Agentliyinin yaydığı məlumata görə, ermənilərin "horan" adlandırdığı bu hissə, xristianlar üçün məxfiliyi olan və yalnız keşişin girəcəyi bir sahə kimi tanınır. 


PKK/YPG-li terrorçular isə həmin hissəyə terrorçubaşı Öcalanın plakat və şəkillərini vurublarmış. Kilsənin digər divarında isə üzərində ermənicə yazılar olan hissə mövcuddur. Həmin hissədə xaç suyuna salmaq üçün hovuz da yerləşir.


Məlumatlara görə, "Barış Pınarı" əməliyyatı başlayan zaman ermənilər öz kilsələrini PKK/YPG terror təşkilatına qərərgah olaraq peşkəş ediblər. Lakin, Türkiyə Ordusu və müxalif Suriya Milli Ordusu şəhəri azad etdikdən sonra, kilsə qoruma altına alınıb.(Avropa.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top