Bakıda tikintidə FACİƏ: başına boru düşən fəhlə öldü

HADİSƏ 19 okt 2019, 12:08

Bakıda tikintidə ölüm baş verib.


Demokrat.az-ın trend-ə istinadla verdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı olub.
Orada işləyən Bakı şəhər sakini, 30 yaşlı Ramiz Vəli oğlu İsmayılov tikinti ərazisində işlədiyi vaxt başına boru dəyib. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək meyiti və hadisə yerini müayinə edib, meyit daxili müayinə üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon Şöbəsinə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top