Yəhudilərin paytaxtında ilk Cümə məscidi açıldı -FOTOLAR+VİDEO

HADİSƏ 19 okt 2019, 09:20

Rusiyadakı Yəhudi muxtariyyətinin paytaxtı Birobican şəhərində Uzaq Şərq regionunda ən böyük olan ilk Cümə məscidi açılıb. 

 

Demokrat.az-ın Moderator.az-a istinadla verdiyi xəbərə görə, ianə vəsaitləri hesabına şəhərin mərkəzi hissəsində iki mərtəbəli daş məscid tikilib. Tikinti işləri, demək olar ki, yeddi il ərzində aparılıb. İbadətgah üçün sahə şəhər rəhbərliyi tərəfindən müsəlmanlara 2012-ci ilin Ramazan bayramında hədiyyə edilib. Məsciddə beş qübbə ucaldılıb. Bina 800 nəfərin ibadəti üçün nəzərdə tutulub. 

 


Məscidin açılışında hər kəs plova qonaq edilib. Müsəlman icmasının nümayəndələrinin fikrincə, yeni məscid yalnız dindarların duaları üçün bir məkan deyil, eyni zamanda maarifçiliklə məşğul olacaq  və ekstremist fikirlərin yayılmasının qarşısını alacaq bir mərkəzdir. Məscid İslamın gerçək dəyərlərini cəmiyyətə tanıtmağı planlaşdırır. 

 

Qeyd edilir ki, bu gün Yəhudi muxtar vilayətində 3 minə yaxın müsəlman yaşayır. Bu vulayət dünyada İsrail dövlətindən sonra rəsmi statuslu yeganə yəhudi inzibati-ərazi vahididir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top