Gündüz Məmmədov Ukrayna Baş prokurorunun müavini təyin olundu

SİYASƏT 19 okt 2019, 09:09

Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka əslən azərbaycanlı olan Gündüz Məmmədovu özünə müavin təyin edib.

 

“İnterfaks-Ukrayna” xəbər verir ki, Ryaboşapka müvafiq əmri 18 oktyabr tarixində imzalayıb.

 

Gündüz Məmmədov 1974-cü ildə Gəncə şəhərində anadan olub. 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər müxtəlif bölgələrdə prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.

 

2014-cü ildə Odessa prokuroru, 2015-ci ilin dekabr ayından Odessa vilayətinin prokurorunun müavini olub, 2016-cı ilin avqustundan Krım Muxtar Respublikasının prokuroru vəzifəsini icra edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top