Oyuna “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxdılar – FOTOLAR

İDMAN 18 okt 2019, 21:18

I Divizionda VII turun oyunları çərçivəsində reallaşan “Kəpəz” – “Qarabağ-2” oyunu 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyindən ev sahibi komandası görüş öncəsi xüsusi təşkilatçılıqla yadda qalıb.

 

Demokrat.az  xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı nitqinə dəstək nümayiş etdirən Gəncə klubunun futbolçuları meydana “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıblar. Meydançada isə böyük ölçülü üç rəngli bayrağımız açılıb.

 

Bundan əlavə, stadionda Azərbaycanın Respublikasının Dövlət himni hərbi orkestr tərəfindən ifa olunub.

 

Qeyd edək ki, qarşılaşma "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə bitib. 

PFC Kapaz adlı şəxsin şəkli.

 

PFC Kapaz adlı şəxsin şəkli.

PFC Kapaz adlı şəxsin şəkli.

 

 

PFC Kapaz adlı şəxsin şəkli.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top