İstanbul nəhəngləri Azərbaycanı belə təbrik etdi – FOTOLAR

İDMAN 18 okt 2019, 19:52

Türkiyənin üç böyük klubu Azərbaycanın 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə xalqımızı təbrik edib.

 

Demokrat.az xəbər verir ki,  ilk olaraq "Fənərbağça", ardınca "Qalatasaray" və "Beşiktaş" feysbukda rəsmi səhifə vasitəsilə öz təbriklərini çatdırıb.

 

"Fənərbağça"nın sosial hesabında "Dost ve kardeş ülke Azerbaycan'ın Bağımsızlık Günü kutlu olsun" kimi təbrik yer alıb.

 

"Qalatasaray"ın təbrik paylaşımında deyilir: "Dost və qardaş ölkə Azərbaycanın Müstəqillik Günü mübarək olsun".

 

"Beşiktaş"ın rəsmi səhifəsində isə bu sözlər qeyd olunub: "Can və qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. İki dövlət, tək millət".

 

Zaur

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top