“Belə insanları önə çəkmək lazımdır...”

GÜNDƏM 18 okt 2019, 18:45

40 il müəllimə işləmiş 75 yaşlı oxucusu Gülarə Məmmədova redaksiyamıza özünə inamlı, sadiq gənc kadrlara dəstək məqaləsi ünvanlayıb. 


Qeyd edək ki, 75 yaşlı oxucumuz “facebook” sosial şəbəkəsinin ən aktiv ingilis dilli nümayəndəsidir.


Oxucumuza böyük hörmət hissi ilə məqaləni olduğu kimi təqdim edirik…


Azərbaycanda gələcək inkişaf naminə bütün sahələrdə aparılan islahatlar uğurla davam edir. Siyasi kluarlarda seçilən, uzun illər siyası prosesslərin ön sıralarında olan Əli Əsədovun Baş nazir postuna gətirilməsi buna bariz nümunə sayılır.  Ən vacib məqamlardan biri də dövlət quruculugu istiqamətində kadrların gəncləşdirilməsi, daha perespektivli şəxslərin önə çəkilməsi məsələsidir.

 

Image result for Anar Axundzadə


Ötən günlərdə mətbuatda verilən məlumatlarda qeyd olunurdu ki, ölkə başçısı İlham Əliyev baş nazirə daha savadlı, gənc və perespektivli kadrlarla işləmək tapşırığını verib. Əlbətdə dünya praktikasında bu kimi amillər əsas götürülür və ciddi uğurlara da yalnız gənc nəsil kadrlarla imza atmaq daha rahat və mümkündür.


Üstəlik gənclər rüşvətdən uzaq olur ki, bu daha vacib məqamdır. Bu gün Azərbaycanın daha böyük uğurlar qazanması üçün rüşvətdən qurtulmaq amili ön sıralarda dayanır. Prezident İlham Əliyev də dəfələrlə ölkədə rüşvətə son qoyulması ilə bağlı ciddi müşavirələr keçirib, onlarla məmur vəzifədən uzaqlaşdırılıb.


Bütün bunların fonunda indi əsas məsuliyyət Baş nazirin üzərinə düşür ki, gənclərin seçimində daha diqqətli, bacarıqlı və bir qədər də təcrübəli kadrlar önə çəkilsin.


Ümumiyyətlə, Azərbaycanda siyasi qaydaları bilən, uzun illər siyasi bağlarına sadiq olan, illərlə işsiz qalmasına baxmayaraq əqidəsini dəyişməyən kadrlar çoxdur. Kiçik araşdırma apararkən belə insanların bütovlüyü, onların vətənə, millətə və Heydər Əliyevin siyasi ənənələrinə sadiqliyi açıq aşkar görünür.

 


Əlbətdə elə insanlar var ki, sadəcə özünü gözə soxmaq üçün çalışır, vəzifə hərisliyini gizlədə bilmir və sairə. Amma bəzən də elə insanlara rast gəlirsən ki, adam heyran qalır.


Doğrudanmı gənc yaşlarından siyasətə başlayasan və sonradan müəmmalı səbəblərdən səni kənara çəkələr. Və sən bütün bunlara rəgmən illər uzunu işsiz olsan belə sadiqliyini, bağlılığını, sevgini qoruyub saxlayasan…


Belə insanlara sadəcə həsəd aparmaq olar. Məhz belə insanlar vətən, dövlət, millət üçün can yandıra bilər. Məhz belələri ilə uzun yol getməyə dəyər. “Facebook” sosial şəbəkəsində, bayrağına bürünən, vətən sevgisi ilə alışıb yanan, bilərəkdən və ya bilməyərəkdən Dövlət deyən insanlar çoxdur. Əlbətdə bu insanlara inanmaq lazımdı, güvənmək lazımdı.


Amma gənc yaşlarından aktiv siyasətlə məşğul olan, ən gənc millət vəkili seçilən, ulu öndər Heydər Əliyev məktəbi keçən və bu günə kimi bütün ruhu ilə bu siyasi xətdə sadiq olan Anar Axundzadənin adını çəkməmək olmaz.


Bu insan uzun illərdir siyasətdə inamlı və əzimkarlığını qoruyb saxlayıb, sadiqliyini itirməyib. Sosial şəbəkələrdə Ulu öndər Heydər Əliyevlə, Prezident İlham Əliyevlə olan gənclik fotolarını qurur hissi ilə paylaşması nəyə desən dəyər.


Odur ki, belələri ilə sadəcə qürrələnmək lazımdır və məhz belə insanları önə çəkmək lazımdır. Məncə Prezident İlham Əliyev də Baş nazirə məhz belə kadrlarla işləməyi tövsiyyə edib. İnamlı, perespektivli və ən əsası təcrübəli gənclərdən yararlanmalıyıq ki, daha böyük və tez uğur qazanaq.(Bizimxeber.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top