Azərbaycanda seçkilərin vaxtı açıqlandı — Dekabrın 23-də

HADİSƏ 18 okt 2019, 17:11

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi açıqlanıb.


Demokrat.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında məlumat verilib.


MSK sədri Məzahir Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab edib. Onun təklifi səsə qoyularaq qəbul edilib.


Qeyd edək ki, bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top