Ərdoğan Trampın hədələyici məktubuna cavab verdi

DÜNYA 18 okt 2019, 17:03

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın ona göndərdiyi hədələyici və diplomatik qaydalara zidd formada yazılan məktubuna cavab verib.

 

R.T.Ərdoğan oktyabrın 18-də Türkiyədə akkreditasiya olunan xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib: 

 

“Əlbəttə, Donald Trampın siyasi və diplomatik nəzakətdən uzaq məktubunu unutmamışıq. Amma qarşılıqlı sevgi və hörmətimizə görə bunları gündəmdə saxlamamalıyıq. Zamanı gələndə bu məsələ ilə bağlı lazım olanı həyata keçirəcəyimizi də bildirmək istəyirəm”. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top