Yeni medal təsis olunur

SİYASƏT 18 okt 2019, 16:26

Azərbaycanda yeni medal təsis edilir.

 

Bu barədə qanun layihəsi Milli Məclisin oktyabrın 22-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Layihəyə əsasən, "Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis ediləcək. 

 

Azərbaycan vətəndaşları, əcnəbilər və  vətəndaşlığı olmayan şəxslər Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə, diasporun Azərbaycan Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərilən xidmətlərə, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə  təbliğinə verilən töhfəyə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə təltif olunacaqlar.

 

"Diaspor fəaliyyətində xidmətə görə” medalı döşün sol tərəfindən, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.  Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, güşələrinin arası iki üzbəüz birləşən qövs şəklində işlənmiş, diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top