MSK üzvlüyünə yeni namizəd irəli sürüldü

SİYASƏT 18 okt 2019, 14:34

Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü təyin ediləcək.

 

Bunun bağlı Milli Məclisə layihə daxil olub.

 

Milli Məclisin (MM) heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlarının yığıncağına sədrlik edən MM sədrinin müavini Valeh Ələsgərovun adından spiker Oqtay Əsədova ünvanlanan müraciətdə bildirilib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil edəcək Rövzət Qasımovun namizədliyinin parlamentin müzakirəsinə təqdim edirik.

 

Xatırladaq ki, R.Qasımov MSK Katibliyinin müdiridir. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top