İlham Əliyev Xalq artistinə ev verdi

MARAQLI 18 okt 2019, 09:05

Prezident İlham Əliyev daha bir Xalq artistinə mənzil hədiyyə edib.

 

Xalq atisti, tarzən Fikrət Verdiyevə ev verib.

 

Bununla bağlı F.Verdiyevin həyat yoldaşı Bəyimxanım Cavanşirova-Verdiyeva “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

 

“Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk!”, - deyə Bəyimxanım Cavanşirova-Verdiyeva qeyd edib.

 

Qeyd edək ki, F.Verdiyevin Gəncə şəhərində “Göygöl” ansamblının və Gəncə Dövlət Filarmoniyasının yaranmasında rolu olub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top