Elton Məmmədovun "avtoş" oğlu vətəndaşa necə "dəstək çıxır" ? – VİDEO

HADİSƏ 18 okt 2019, 00:03

“Azadlıq” qəzetinin rəsmi feysbuk səhifəsində Mərəzədə yol polisinin əməkdaşlarının sürücüyə qarşı zorakı davranışları və vəzifəsindən sui-istifadə etməsi ilə bağlı video paylaşılıb.

 

Belə ki, İlkin və Faiq polislər Yol Təmiri İdarəsinin sürücüsünə əməlli-başlı zor tətbiq edərək, onu məcburi halda polis avtombilinə otuzdururlar.

 

Bu paylaşıma saysız-hesabsız şərhlər gəlməkdədir. Onlar arasında bir nəfər də var ki, illər boyu qanunsuz əməlləri ilə, “avtoş” kimi daha populyarlıq qazanıb. Bu şəxs sıradan bir insanın oğlu və ya qohumu deyil. Həmin kəs keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovdur. O, yazdığı şərhlə polisləri təhqir edir və haqqı tapdalanan vətəndaşa bir növ arxa çıxır.

 

 

 

 

Vətəndaşa dəstək olan Aynarın bu hərəkətinə kölgə salmaq fikrimiz yoxdu. Lakin sirr deyil ki,“avtoş” kimi ad çıxarmış A.Məmmədov qanunsuz əməlləri ilə daim medianın gündəmini zəbt edib, yeni qalmaqalların əsasını qoyub. Elton Məmmədovun kiçik oğlu Aynar Məmmədovun toy karvanı zamanı çəkilən görüntülərə baxanda isə məşhur Hollivud filmləri yada düşür. Toy karvanında iştirak edən avtomobillər təhlükəli ötmə əməliyyatları edərək, insanalrın həyatını təhlükəyə atırlar.

 

Sabiq millət vəkilinin hər iki oğlu - Elnur və Aynar Məmmədovlar jurnalist döydürmək və "avtoşluq" etmək, dəbdəbəli toy karvanı ilə gündəmə dəfələrlə gəliblər.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top