"Türkiyə əməliyyata fasilə verir" – Çavuşoğlu məsələyə aydınlıq gətirdi (VİDEO)

GÜNDƏM 17 okt 2019, 22:41

"Bu bir atəşkəs deyil. Sadəcə əməliyyatlara bir qədər ara verir".

 

Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşməsindən verdiyi açıqlamada bildirib.

 

M.Çavuşoğlu bildirib ki, bugünkü müzakirələrdə prezidentin liderliyi nəticəsində istədiklərini alıblar:

 

“PKK/YPG-nin 120 saat içərisində Suriyanın şimalından çıxması üçün “Sülh Çeşməsi” hərəkatına fasilə verəcəyik. Bu, atəşkəs deyil. Terrorçuların çıxmasından sonra əməliyyatın dayandırılıb-dayandırılmaması müzakirə olunacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top