Tovuzda ağır yol qəzası - yaralılar var

HADİSƏ 16 okt 2019, 21:29

Tovuzda baş vermiş yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

 

Demokrat.az "Report"a istinadən xəbər verir ki, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində İsayev Mirzə Komsomol oğlu (1965-ci il təvəllüdlü), Məmmədov Natiq Tofiq oğlu (1995), Qarayev Səxavət Bakir oğlu (1995), Sadıqov Ruslan Niyazi oğlu (1994) xəsarət alıblar.


Qeyd edək ki, hadisə Qazqulu kəndində qeydə alınıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top