Messi növbəti dəfə “Qızıl buts” aldı – FOTO

İDMAN 16 okt 2019, 20:22

İspaniyanın "Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi "Qızıl buts” mükafatını alıb.

 

UEFA-ya üzv olan ölkələrin çempionatlarının ən yaxşı bombardiri üçün təsis olunan mükafat cənubi amerikalıya təqdim edilib.

 

2018/19 mövsümündə La Liqada 36 qol vuran Messi 72 xal toplayıb. 32 yaşlı argentinalı bunu 34 matçda gerçəkləşdirib.

 

Qeyd edək ki, Lionel Messi karyerasında altıncı dəfə bu mükafata sahib çıxıb. O, 2009/10, 2011/12, 2012/13, 2016/17 və 2017/18 mövsümlərində də bu uğura imza atıb. 

(Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top