Milli Şura Lökbatandakı yeri bəyənmədi — Bakının mərkəzinə aksiya təyin etdi

GÜNDƏM 16 okt 2019, 19:52

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ayırdığı yerdə mitinq keçirməyəcək. 


Demokrat.az xəbər verir ki, AXCP sədrinin müavini Seymur Həzi bu barədə açıqlama yayaraq bildirib ki, aksiya 28 May metrostansiyasının qarşısında keçiriləcək. 


O, aksiyanın oktyabrın 19-u saat 15.00-a təyin edildiyini açıqlayıb. 


Xatırladaq ki, Milli Şura oktyabrın 19-da mitinq keçirmək barədə qərar qəbul edərək bununla bağlı BŞİH-ə müraciət ünvanlamışdı. Qurum bu gün müraciətə cavab verib. 


BŞİH Milli Şuraya aksiyanı Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında saat 15-dən 17-dək keçirməyi təklif etmişdi.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top