Dadaşlinskidən Mircavadova: “Aaa, deməli, özünüzlə qapıçı aparmışdınız” - VİDEO

MARAQLI 16 okt 2019, 11:25

İTV-də efirə gedən “3D” verilişinin budəfəki qonağı futbol veteranı, millimizin sabiq çalışdırıcısı, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov olub.

 

 Ağasəlim Mircavadovla verilişin aparıcısı Dadaş Dadaşlinski arasında maraqlı söhbət baş tutub.

 

Millimizin 1995-ci ilin sentyabrın 6-da Oser şəhərində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransaya qarşı keçirdiyi matçda 0:10 hesabı ilə uduzması xatırladılıb. Həmin vaxt millimizin baş məşqçisi olmuş Mircavadova Dadaşlinski atmaca atıb.

 

Belə ki, Mircavadov hesab böyüyərkən qapıçı Elxan Həsənovu Nizami Sadıqovla əvəzlədiyini bildirərkən Dadaşlinski deyib:

 

“Aaa, deməli, özünüzlə qapıçı aparmışdınız”.

 

Həmçinin, altı gün əvvəl 21 yaşadək millimizin Kale şəhərində fransalı həmyaşıdlarına 0:5 hesabı ilə uduzması zamanı Dadaşlinski Mircavadovun həmin matçı stadiondan izlədiyini öyrənəndə təəccübünü gizlətməyib:

 

“Hm, bu dəfə də getmişdiniz?” (Oxu.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top