Rəfael Cəbrayılovun tikdirdiyi iki bina söküləcək

SOSİAL 16 okt 2019, 10:18

Sumqayıt şəhər məhkəməsinin qərarına əsasən keçmiş deputat Rəfael Cəbrayılova və qardaşına məxsus "Dərhal" MMC tərəfindən Mehdiabad-Novxanı şossesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın 2-si və kompleksdəki iri obyektlərdən biri söküləcək.


Bu barədə araşdırmaçı jurnalsit Cavanşir Həsənli yazıb.

 

Məhkəmə söküntü işlərinin Cəbrayılov qardaşlarına məxsus şirkət tərəfindən aparılması barədə qərar çıxarıb. Səbəb kimi həmin ərazinin 1,4 hektarının "Binəqədi Oyl Kompani" Əməliyyat Şirkətinin istifadəsində olmasıdır.

 

Sözügedən ərazini Rəfael Cəbrayılov və qardaşı Abşeronun keçmiş icra başçısı Zakir Fərəcovdan alıb. Zakif Fərəcov 17 dekabr 2010-cu ildə 2023 saylı sərəncamla həmin ərazidə 23 ədəd kürsülü, altı mərtəbəli, iki girişli binalardan ibarət yaşayış kompleksinin tikinti işlərinin rəsmiləşdirilməsinə və layihə sənədlərinin razılaşdırılmasına icazə verib.

 

Kompleks tam məskunlaşıb və binaların böyük əksəriyyətində məcburi köçkünlər yaşayır. (afn.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top