Yasamalda ağac qırılıb dayanacağa düşdü – Yaralılar var

HADİSƏ 15 okt 2019, 21:50

Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının (67, 53 və 38 yaş) üstünə düşüb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadası yaralıları Klinik Tibbi Mərkəzə çatdırıb:

 

"Yaralılardan birinə kəllə-beyin travması, digər ikisinə onurğanın küt travması diaqnozu  qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib".


Rəsmi məlumata görə, bir neçə saata xəstələrin ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top