Pərvanə Əhmədova müraciət yayıb: "Alooo, müxalifət, bəsdirin!" - VİDEO

SİYASƏT 15 okt 2019, 12:59

Bir neçə gündür sosial şəbəkələrin qəhrəmanına çevrilmiş Pərvanə Əhmədova videomüraciət yayıb.

 

Vdeomüraciətdə Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin önündə təşkil edilmiş etiraz aksiyası zamanı hakimiyyətyönümlü Maqsud Mahmudovla polemikaya girmiş Pərvanə Əhmədova müxalifət düşərgəsini tənqid edərək, onunla bağlı şayiə yaymaqda ittiham edib.

 

O, heç bir təzyiqə məruz qalmadığını, hazırda siyasi proseslərdən kənara çəkildiyini və qohumlarının evində istirahət etdiyini bildirərək, müxalifət düşərgəsinə özünəməxsus formada müraciət edib. O, müraciətində: “Alooo, müxalifət, bəsdirin! Məni öz oyunlarınızda alət etməyin!” deyərək fikrini tamamlayıb. (Report)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top