Analarının zəhərlədiyi uşaqlardan xəbər var

HADİSƏ 15 okt 2019, 11:15

Dünən Samuxda və Şamaxıda ehtiyatsızlıq səbəbindən iki uşaq zəhərlənib.

 

Gecə saatlarında uşaqlara qida və su əvəzinə zəhərli kimyəvi maddə içirilib.

 

Belə ki, Şamaxı rayonu, Sabir qəsəbəsində üç aylıq Rəhimov Cəlan Cəlil oğluna anası gecə saatlarında qida əvəzinə kerosin (neft) içirib.
Samuxda yaşayan üç yaşlı uşağa isdə ana gecə saatlarında su yerinə səhvən xlorofos verib.

 

Hər iki uşağın vəziyyəti ağır olduğu üçün Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

 

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, kerosin içirilən uşağın vəziyyəti normaldır. Xlorofos qəbul edən üç yaşlı uşağın vəziyyəti isə ağır olaraq qalır”. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top