Tramp Türkiyəyə qarşı sanksiyalarla bağlı qərar verdi

SİYASƏT 15 okt 2019, 09:51

ABŞ Prezidenti Donald Tramp Suriyadakı hərbi əməliyyatlarla əlaqədar olaraq Türkiyəyə qarşı sanksiyalar barədə fərman imzalayıb.

 

Bu barədə ABŞ-ın Dövlət katibi Maykl Pompeo bazar ertəsi yaydığı bəyanatda bildirib.

 

Onun sözlərinə görə, bu addım Türkiyənin Suriyanın şimal-şərqindəki hücumlarını dayandırmaq və atəşkəsə məcbur etmək üçün atılır.

 

Qeyd edək ki, Türkiyə oktyabrın 9-dan etibarən Suriyanın şimalında “Barış pınarı” əməliyyatına başlayıb. Son məlumatlara görə, əməliyyat zamanı 500-dən çox silahlı zərərsizləşdirilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top