Fransalı rejissorlar Türkiyə millisinin əsgər salamını efirə vermədilər – VİDEO

İDMAN 15 okt 2019, 09:33

Futbol üzrə Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Fransanın qapısına yol tapan Türkiyə millisi növbəti dəfə əsgər salamı ilə gündəm yaradıb.

 

Demokrat.az xəbər veri ki, hesabda 0:1 geridə olan "ay-ulduzlular" dramatik oyunun 81-ci dəqiqəsində Kaan Ayhanın bərabərlik topundan sonra bu qol sevincini yaşayıblar. 

 

Bu qol sevinclə onlar, Suriyada hərbi əməliyyatlar keçirən türk ordusuna dəstək olduqlarını növbəti dəfə nümayiş etdiriblər. Fransalı rejissorlar isə bu kadrları göstərməkdən çəkiniblər.

 

Xatırladaq ki, Türkiyə millisi seçmə mərhələnin son oyununda - Albaniya ilə görüşdə də əsgər salamı vermişdilər.

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top