"AŞPA-da Azərbaycana qarşı əsassız ittihamların şəxsən şahidi olmuşam" – Çavuşoğlu

SİYASƏT 14 okt 2019, 23:53

Azərbaycana qarşı Qərbdən gələn hücumları aydın görürük, mən Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı əsassız ittihamların şəxsən şahidi olmuşam.


Demokrat.az-ın məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Beynəlxalq Media Konfransında çıxışı zaman deyib.


M.Çavuşoğlu bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır: “Hər zaman Azərbaycanın yanında olacağıq. Həm Türkiyənin, həm də Azərbaycanın haqlı davası üçün mübarizə aparmışıq, bundan sonra da mübarizə aparacağıq. Məqsədimiz səylərimizi birləşdirərək millətimizin əmin addımlarla irəliləməsidir”. (Trend)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top