Bakıda avtobusu yandıran şəxs saxlanıldı

KRİMİNAL 14 okt 2019, 23:41

Abşeronda avtobusu yandıran keçmiş məhkum saxlanılıb.

 

Demokrat.az xəbər verir ki, oktyabrın 12-də saat 4 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində qəsəbə sakini K.Nəcəfova məxsus “İsuzu” markalı avtobus yandırılıb.


Nəticədə yanar konstruksiyalar yanıb, xəsarət alan olmayıb.


Avtobusu yandıran Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəsirov könüllü olaraq Abşeron Rayon Polis İdarəsinə gələrək istintaqa təslim olub. (yenicag.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top