“Qəbələ”də yeni məşqçi təyinatı reallaşdı

İDMAN 14 okt 2019, 22:45

“Qəbələ” klubunun əsas komandasının məşqçilər korpusunda dəyişiklik baş verib.


Demokrat.az-ın məlumatına görə, əyalət təmsilçisində yeni məşqçi təyinatı rəsmiləşib. Azər Bağırov mövsümün sonunadək komandada çalışacaq. 


“Pro” kateqoriyasına malik olan 38 yaşlı mütəxəssis cari mövsümün əvvəlində I divizion təmsilçisi “Turan-Tovuz”un baş məşqçisi olub. 


Qeyd edək ki, Azər Bağırov məşqçi karyerasında “Qaradağ Lökbatan” və MOİK klublarına da rəhbərlik edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top