Avropa İttifaqından Türkiyə bəyanatı: "Suriyadan çıxın, əməliyyatı yekunlaşdırın"

DÜNYA 14 okt 2019, 21:30

Avropa İttifaqına üzv ölkələr Türkiyəni Suriyada hərbi əməliyyatı yekunlaşdırmaq və qoşunlarını ölkədən çıxarmağa çağırıb.


APA-nın verdiyi xəbərə görə, bu barədə bu gün Lüksemburqda keçirilən Avropa İttifaqı Şurasının iclasında qəbul edilən bəyanatda deyilir.


Bundan əlavə, Avropa İttifaqına üzv ölkələr Türkiyəyə Suriyada apardığı hərbi əməliyyata görə silah satışı siyasətini koordinasiya etmək barədə də razılığa gəlib.


İclasda Avropa İttifaqına üzv olan 28 ölkənin Xarici İşlər nazirləri İŞİD-ə qarşı mübarizə üzrə beynəlxalq koalisiyanın üzvü olan ölkələri XİN başçılarının görüşünün keçirilməsinə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top