Zəncirvari qəzada yeddi maşın toqquşdu – FOTOLAR

HADİSƏ 14 okt 2019, 20:52

Qaxda zəncirvari yol qəzası baş verib. 

 

Demokrat.az oxu.az istinadən xəbər verir ki, hadisə nəticəsində yeddi avtomobil bir-biri ilə toqquşub. 

 

Bunlardan ikisi yük, beşi isə minik avtomobilidir. 

 

Hadisə nəticəsində yük avtomobillərindən birinin sürücüsü, 31 yaşlı Zeynalov Ceyhun müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

 

O, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

 

Faktla bağlı araşdırma aparılır. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top