Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini oxudu: “Eşqimiz bir, yolumuz bir, Azərbaycan-Türkiyə”

GÜNDƏM 14 okt 2019, 18:30

"Biz Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik".


Demokrat.az “Report”a istinadən  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Dünya Türk İş Şurasının toplantısında bildirib.

 

Türkiyə prezidenti Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən bir bəndi birlik üçün örnək göstərib: “Dinimiz bir, dilimiz bir, Ayımız bir, ilimiz bir, Eşqimiz bir, yolumuz bir, Azərbaycan-Türkiyə”.

 

Rəcəb Tayyib Ərdoğan Türkmənistanı da ayrı tutmadıqlarını, dilimizin, dinimizin bir olduğunu vuruğulayıb. 

 

Qeyd edək ki, Türkmənistan Şuranın üzvü deyil.

 

O, İsmayıl Qaspıralının “Dildə, işdə, fikirdə birlik” şüarının həyata keçməsinin tam zamanının çatdığını vurğulayıb. 

 

Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətindən danışarkən deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Bir millət, iki dövlətin" iki diasporu olmaz”. O iki ölkə diasporunun öhdəsindən gələ bilməyəcəyi məsələnin olmadığını bildirib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top