DYP sürücülərə müraciət etdi

SOSİAL 14 okt 2019, 12:46

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolun bağlanması ilə bağlı müraciət yayıb. 

 

Bu gün Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ilə əlaqədar 300 metr məsafədə yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün tam məhdudlaşdırılıb.

 

Bunu nəzərə alaraq BDYPİ sürücülərdən xahiş edir ki, müəyyən müddət ərzində alternativ yollardan istifadə etsinlər. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top