Ermənilər tanınmaz hala saldıqları Şuşa məscidinin açılışını edəcək

SİYASƏT 14 okt 2019, 12:19

Ermənistanın “Şərq İrsinin Dirçəlişi Fond”u oktyabrın 14-dən 21-nə qədər Ermənistanda və işğal alıtndakı Dağlıq Qarabağ torpaqlarında tədbirlər həyata keçirəcək.

 

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, erməni əsilli rusiyalı biznesmen Ruben Vardanyan və onun həyat yoldaşı Veronika Zonabend tərəfindən yaradılmış fond bu gün Şuşadakı Gövhər Ağa məscidinin təmirdən sonra açılış mərasimi keçirəcək.

 

Tanınmaz hala salınan məscidin xarici turistləri cəlb etmək üçün muzeyə çevrilməsi gözlənilir.

 

Açılış mərasiminə ermənilərlə yanaşı, xarici qonaqların da qatılması gözlənilir.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top