Azərbaycanın verdiyi dəstəyə görə Türkiyədən RƏSMİ TƏŞƏKKÜR

GÜNDƏM 14 okt 2019, 12:05

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsi adından  Azərbaycana təşəkkürünü ifadə edib.


Demokrat.az-ın xəbərinə görə, nazir Azərbaycanın Türkiyənin “Barış pınarı” antiterror əməliyyatına dəstək verməsini müsbət addım kimi dəyərləndirib.


“Azərbaycana bu dəstəyinə görə təşəkkürümüzü bildiririk”-deyə, nazir vurğulayıb.


O, eyni zamanda, əməliyyatın ancaq terrorçuların zərərsizləşdirilməsinə, bölgəyə sülh və əmin-amanlığın gətirilməsinə yönəldiyini sözlərinə əlavə edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top