Sakinlərin iş adamına qarşı iddiaları təsdiqini tapmadı

TƏHLİL 16 okt 2019, 17:04

Paytaxtın Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən "İdeal" MTK-ya məxsus bina sakinlərinin bina rəhbərliyi tərəfindən onlardan "sayğachaqqı" alınması barədə, eyni zamanda paytaxtın Həsən Salmani küçəsi ilə 28 may küçəsinin kəşişdiyi ərazidə (Mərkəzi Neftçilər Xəstəxanasının arxasında) inşa olunan "Halal" MTK-ya məxsus 5 hündürmərtəbəli yaşayış binasının bir qrup sakini adından mənzillərdən qanunsuz otel kimi istifadə olunması ilə bağlı Demokrat.az-a göndərdikləri şikayətlərinin həqiqiliyi özünü doğrultmayıb. 


"KİV haqqında" qanunun tələblərinə uyğun olaraq, məsələ ilə bağlı sözügedən sakinlərin şikayətləri saytımızda dərc olunub. Lakin sonradan şikayətçilər saytımıza göndərdiyi iddiaların həqiqiliyini məhkəmə qarşısında sübut etməkdən imtina ediblər.


Bu cür halların gələcəkdə təkraralanmaması üçün Demokrat.az saytı olaraq tanınmış iş adamı, professor Şamil Heydərovdan üzr istəyirik və insanları oxşar şikayətlərlə əlaqədar mətbuata müraciət edərkən diqqətli və məsuliyyətli olmağa çağırırıq. 

 

Qeyd edək ki, iş adamı Şamil Heydərov ölkə başçısının siyasətinə uyğun olaraq, Azərbaycanda yüzlərlə insan üçün yeni iş yerləri yaradıb. Bu cür xeyrxah sahibkarlıq fəaliyyəti hamı tərəfindən təqdir olunur.   

 

Image result for qaz sayğacı


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top