Hadı Rəcəbli: "Rusiyada işləyən azərbaycanlılar Azərbaycanda DSMF-yə vəsaitlər ödəməlidir"

SOSİAL 14 okt 2019, 11:49

"Rusiyada çox sayda azərbaycanlılar işləyir və onlar Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsaitlər ödəməlidir".

 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında çıxışı zamanı deyib.

 

O qeyd edib ki, Rusiya və digər ölkələrdə toplanan əmək stajı dövlətlərarası konvensiyada olsa da, Rusiya tərəfindən ratifikasiya olunmayıb: "Həmin ölkələrdə əmək stajı staj kimi qəbul olunmur. Ona görə də insanların orada uzun müddət işləməsi və əmək haqqı alması sonda onun pensiyasına təsir etmir. Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq, bu məsələdə qarşılıqlı addımlar atmalıyıq". (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top