Tanınmış klinika “Azərsu”nu məhkəməyə verdi

SOSİAL 14 okt 2019, 11:40

“Atlas Medical Centre” MMC “Azərsu” ASC-ni məhkəməyə verib. 

 

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən klinika əsassız hesablanmış 69336 manat borc məbləğin geri qaytarılmasını istəyib. 

 

Lakin tərəflərin nümayəndələri göstərilən tarixdə məhkəmə iclasına gəlməyib və işə onların iştirakı olmadan baxılmasını xahiş etməyiblər. 

 

Məhkəmə klinikanın iddia ərizəsini baxılmamış saxlayıb. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top