Türklərdən biri oyundan qovuldu, digəri isə Almaniyaya qələbə gətirdi – VİDEO

İDMAN 14 okt 2019, 09:56

AVRO-2020 seçmə mərhələsində Almaniya millisi səfərdə Estoniyanı darmadağın edib.

 

Tallində keçirilən qarşılaşmada almanlar 3:0 hesabı ilə qalib gəliblər.

 

Qonaqların heyətində türk əsilli İlkay Gündoğan dubl edib, üçüncü topu isə Timo Verner vurub.

 

Oyunun 14-cü dəqiqəsində Almaniya millisinin digər türk əsilli futbolçusu Əmrə Can kobud oyuna görə oyundan qovulub.

 

6 turdan sonra Almaniya millisi 15 xal toplayaraq “C” qrupunda ikinci yeri tutur. (Oxu.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top