"YouTube"da şərh ilk dəfə milyon bəyənmə toplayıb

MARAQLI 14 okt 2019, 09:14

"YouTube" tarixində ilk dəfə şərh milyondan çox bəyənmə toplayıb.

 

Söhbət Set Avermanın Billi Aylişin "Bad guy" klipinin şərh bölümünə yazdığı rəydən gedir.

 

Belə ki, Everman təxminən beş ay əvvəl klipin videohostinqdəki rəy bölümündə "mən daz oğlanam (bald guy)" şərhini yazıb. Evermanın avatarında onun başının həqiqətən tüksüz olduğu görünür.

 

Kanalın istifadəçiləri onu orijinal şərh üçün tərifləyiblər. Qeyd edilir ki, onun bu şərhi 1 milyondan çox bəyənmə toplayıb. Bu, hostinqin tarixində ilk rekord göstəricidir. (Report)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top