ABŞ ordusunu Suriyadan çıxarır

DÜNYA 13 okt 2019, 23:14

ABŞ minə qədər hərbçisini Suriyadan çıxarmağa başlayıb. 

 

TASS xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper CBS telekanalına müsahibəsində deyib. 

 

O bildirib ki, Türkiyə əməliyyatları cənub və qərb istiqamətində genişləndirmək niyyətindədir. Buna görə də, ABŞ Prezidenti Donald Tramp qoşunları Suriyanın şimalından çıxarmaqla bağlı qərar verib.  

 

ABŞ-ın hərbi qüvvələrinə hücum olarsa, cavab atəşinə icazə verilib-verilməməsi ilə bağlı suala Esper belə cavab verib: Onların özünümüdafiə hüququ var və lazım olduqda bundan istifadə edəcəklər. 

 

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Suriya Milli Ordusu oktyabrın 9-da Suriyanın şimalında YPG/PKK terrorçularına qarış “Barış çeşməsi” əməliyyatına başlayıb. İndiyədək 42 kənd terrorçulardan azad edilib. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top