"Ədalətsiz seçkilər oldu" – Yadigar Sadıqlı

SİYASƏT 13 okt 2019, 20:15

"Düzdür, ədalətsiz seçkilər oldu, amma saxtakarlıqla bağlı bir şey deyə bilmərəm".

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının qurultayında səsvermənin yekunlarına münasibət bildirən başqanlığa namizəd Yadigar Sadıqlı söyləyib.

 

Y. Sadıqlı deyib ki, Müsavat Partiyasına yeni istiqamət, yeni vizyon, yenilənmə təklif edib: "Qəbul etmədilər. Dəyişmək istəmədilər, tənəzzülü seçdilər. Müsavata keçmiş olsun"

 

Digər namizəd Tofiq Yaqublu isə Arif Hacılını qələbə münasibəti ilə təbrik edib.

 

Qeyd edək ki, bu gün Müsavat Partiyasının IX qurultayında Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib. Arif Hacılı 262, Tofiq Yaqublu 51, Yadigar Sadıqlı isə 20 səs toplayıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top